11 İyul 2019 13:57
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Hörümüz boğazında İngiltərə aid olan neft tankerini ələ keçirməyə cəhd etdiyinə dair iddiaları rədd edib.

Teleqraf.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusundan verilən açıqlamada bildirilib ki, Hörmüz boğazında “British Heritage” adlı tankerin dayandırılması və ələ keçirilməsi haqda iddialar əsassızdır.

Açıqlamada “Bəsrə körfəzində xidmət göstərən İran Dəniz Qüvvələri son 24 saat ərzində hər hansı bir xarici gəmi ilə qarşılaşmayıb” ifadələrinə yer verilib.

Xatırladaq ki, İngiltərə Müdafiə Nazirliyi Hörümüz boğazında HMS Montrose hərbi gəmisinin “British Heritage” adlı neft tankerini dayandırmağa çalışan 3 İran gəmisinə xəbərdarlıq etdiyini açıqlayıb. İngiltərə savaş gəmisinin İran gəmiləri ilə neft tankerinin arasına girərək duruma müdaxilə etdiyi də ifadə olunmuşdu.


Müəllif: Cavad

Oxşar xəbərlər