11 İyul 2019 23:45
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında yerləşən Afrin şəhərində ardıcıl iki partlayış baş verib.

Teleqraf.com-un məlumatına görə, partlayışlar nəticəsində 2-si uşaq olmaqla 8 dinc sakin və müxtəlif silahlı qruplaşmaların 6 üzvü həlak olublar, 35 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Məlumata əsasən, ilk partlayış şəhərin girişində olan nəzarət-buraxılış məntəqəsində, ikinci partlayış isə şəhərin mərkəzində baş verib.


Müəllif: Teleqraf.com