17 İyul 2019 00:28
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ən çox ABŞ-ı narahat edir".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib.

O, əvvəlki ölkə başçısı Barak Obamanın zamanında “Patriot” qurğularının Türkiyəyə satılmamasının yanlış qərar olduğunu, bu səbəbdən də türklərin Rusiyaya yönəldiyini deyib.

ABŞ dövlət başçısı, həmçinin iki dövlət arasındakı münasibətlərin gərgin olduğunu, hər şey aydınlığa çıxmadan Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaqlarını bildirib: “Rusiyadan raket sistemi aldığı üçün NATO üzvü Türkiyəyə qırıcı satmayacağıq. Biz də çətin vəziyyətdə qalmışıq, onlar da, hətta bu təyyarələri istehsal edən firma da. Danışıqlar davam edir, görək qarşıdakı günlərdə nə baş verəcək”.

Qeyd edək ki, Türkiyə Rusiyadan artıq səkkiz S-400 təhvil alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər