Perunun eks-prezidenti Alexandro Toledo ABŞ-da həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə Peru Prokurorluğu məlumat yayıb. Onun Perunun orderi əsasında həbs edildiyi vurğulanıb.
Qeyd edək ki, Toledo 2001-2006-cı illərdə Peru prezidenti olub. Rəsmi Lima onu prezidentliyi dönəmində külli miqdarda rüşvət almaqda ittiham edir.