17 İyul 2019 16:35
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvadorun sabiq prezidenti Rafael Korrea bildirib ki, onun ölkəsi “WikiLeaks”ın təsisçisi Culian Assancın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Ekvadorun Londondakı səfirliyindən müdaxilə etdiyi barədə məlumatlı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Biz onun seçkilərə müdaxilə etdiyinin fərqinə vardıq. Biz buna icazə verə bilməzdik, çünki bizim prinsiplərimiz, çox dəqiq dəyərlərimiz var. Biz öz ölkəmizdə keçirilən seçkiyə də kiminsə müdaxilə etməsini istəmirik. Xarici dövlətlərlə, indiki məqamda dost ABŞ-la bağlı buna imkan verə bilməzdik”, – deyə Korrea bildirib.

Korrea televiziyaya müsahibəsində bildirib ki, “WikiLeaks” rəhbəri özünə bəraət qazandırmaq üçün seçki kampaniyası barədə yalnız doğru məlumatlar çatdırdığını bildirib:

“Əlbəttə, bu məlumatlar yalnız Hillari Klintonla bağlı olub, Donald Trampla yox. Demək, onlar heç də həqiqqəti danışmayıblar. Bütün həqiqəti söyləməmək isə manipulyasiya adlanır və biz buna icazə verməyəcəyik”.

ABŞ hakimiyyəti mayın sonunda Assanca qarşı casusluq haqqında qanunun 17 epizod üzrə pozulması və gizli məlumatların açıqlanması üzrə yeni ittihamlar irəli sürüb. Daha əvvəl isə ona kompüter hakerliyi ittihamı irəli sürülmüşdü. Assanc ABŞ-a təhvil veriləcəyi halda onu uzunmüddətli həbs cəzasına gözləyir.


Müəllif: Səxavət

Oxşar xəbərlər