18 İyul 2019 01:15
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya xüsusi xidmət orqanları və ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İtaliya mafiyası ilə bağlantısı olduğu ABŞ-dakı cinayətkar qruplara qarşı birgə əməliyyat keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, birgə əməliyyat zamanı Siciliya adasındakı mafiya şəbəkəsi İnzerillo ilə Nyu-Yorkdakı Gambino arasında bağların olduğu müəyyən edilib.

Əməliyyata İtaliyanın 200 agenti qoşulub və bu günə qədər 19 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Palermonun Torretta qəsəbəsinin bələdiyyə sədri Salvatore Gambino da var. Bələdiyyə sədri mafiyaya kənardan dəstək verməkdə ittiham edilir. Saxlanılan digər şəxslər isə mafiya üzvü olmaq, xərac toplamaq, dələduzluqda günahlandırılır.

Əməliyyatın əsas hədəfi olan İnzerillo mafiyasının Palermoya bağlı Passo di Riqanoda yenidən təşkilatlandığı ehtimal edilir.


Müəllif: Cavad