Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə başa çatıb.
Teleqraf.com-un məlumatına görə, artıq seçkilərin yekunlarına dair milli “exit-poll”un nəticələri də açıqlanıb.
İlkin məlumatlara görə, ölkə Prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası - 43,9% səslə birinci yer tutub. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir 11,5% səslə.
Qeyd edək ki, Ukraynada səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.
Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.