ABŞ-ın dövlət katibi Mayk Pompeo İranda 17 amerikalı casusun yaxalandığına dair iddiaları təkzib edib.
Teleqraf.com xəbər verir ki, Mayk Pompeo İranın kəşfiyyat naziri Mahmud Ələvinin İranın ABŞ -a casusluq edən şəxsləri ələ keçirdiyi ilə bağlı fikirlərinin həqiqətə uyğun olmadığını bəyan edib.
Dövlət katibi FOX TV-yə açıqlamasında İranın yalan danışdığını bildirib: “Onlar yalançıdır. İran rejiminin yalan söyləmək üzrə böyük təcrübəsi var”.
Xatırladaq ki, İranın kəşfiyyat şefi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işlədiyi iddia edilən 17 şəxsin saxlandığını, bəzisinin edam cəzasına məhkum olunduğunu açıqlayıb.