11 Sentyabr 2014 14:29
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva meriyası Rusiyanın Ukraynaya təcavüzünə qarşı sentyabrın 21-də keçiriləcək sülh paradına icazə verib.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə rus müxalifətçisi Boris Nemtsov bildirib. O deyib ki, Puşkin prospektindən Saxarov prospektinə qədər davam edəcək paradın əsas şüarı “Yalana və müharibəyə yox” olacaq.

Onun sözlərinə görə, hazırda Ukraynadakı atəşkəs heç bir tərəfi qane etmir. Ukraynanın şərqində baş verən hadisələrdə 3 min rusiyalı və ukraynalının həlak olduğunu vurğulayan Nemtsov bunun qarşısının tam alınmasının hər iki ölkə üçün töhfə verəcəyini söyləyib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər