Rusiyanın ərzaq mağazalarında ən çox oğurlanan məhsulların adları açıqlanıb. İlk sırada pendir və kolbasa məmulatları dayanır.
Teleqraf.com xəbər verir ki, bu barədə RBK saytı müşahidə-nəzarət sistemlərinin emalı ilə məşğul olan BIT kompaniyasının məlumatlarına istinadla xəbər yayıb.
Pendir və kolbasa məmulatları bütün oğurluqların 15,4%-ni təşkil edir. Sonra qəhvə (15%), konfet və qənnadı məmulatları (13,4%), pivə və digər alkoqol (11,2%), həmçinin dəniz məhsulları (9%) gəlir.
Kosmetika mağazalarında daha çox kipriklər üçün tuş (13,2%), dırnaq boyası (12,9%), dodaq boyası (12%), bədən və saç üçün yağlar (7,3%) və göz kölgəsi (6%) oğurlanır.
Ərzaq mağazalarında oğurluqların əksəriyyəti kişilər, ətriyyat mağazalarında isə qadınlar tərəfindən törədilir.