31 İyul 2019 14:38
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Bon Appetit” şirniyyat mağazalarının birində sifariş verilən tortun içindən naməlum dərman həbi çıxması bizə qarşı təxribat ola bilər.

Bu sözləri Teleqraf.com-a “Bon Appetit” mağazalar şəbəkəsinin direktoru Zeynal Hacıyev bildirib.

Onun sözlərinə görə, rəhbəri olduğu mağazalar şəbəkəsi müştərilərə diqqətlə yanaşır: “Şirkətin əməkdaşları ofisə daxil olduqda müəyyən yoxlamadan keçirlər. İşçilərin çantalarını özləri ilə birgə mətbəxə keçirmələrinə icazə yoxdur. Onların xüsusi geyimlərinə də nəzarət olunur”.

Zeynal Hacıyev həmçinin mediada bu hadisə ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu, bununla belə, araşdırılma aparılıb mətbuata açıqlama verəcəklərini də bildirib: “Sosial şəbəkələrdə yayılan fotodan məhsulun bizə aid olduğunu seçmək çətindir. Bu, bizə qarşı provakasiya da ola bilər. Hazırda araşdırma aparılır. Yaxın zamanlarda əlaqə saxlayıb, sizə açıqlama verəcəyik”.

Qeyd edək ki, Bakıda “Bon Appetit” şirniyyat mağazasından sifariş verilən tortun içindən dərman həblərinin çıxdığı barədə mətbuatda xəbərlər yayılıb.

Bu haqda müştəri sosial şəbəkədə paylaşım edib. Rəylərdə digər sosial şəbəkə istifadəçiləri həmin şirniyyat mağazasından tort sifariş etdiklərini və içindən tük çıxdığını da qeyd ediblər.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər