2 Avqust 2019 14:23
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sibirdə ötən həftə başlayan, 3 milyon hektar meşənin yanıb kül olmasına gətirən yanğınları quraqlıq səbəbindən hələ də söndürmək mümkün olmayıb.

Teleqraf.com xəbər verir ki, Ural dağlarından Sakit okeana uzanan 1 milyard 310 milyon hektar ərazini əhatə edən Sibirdə indiyə qədər 3 milyon 71 min hektar meşədən kül qalıb.

Ən böyük meşə yanğınları Yakutiya və Krasnoyarski bölgələrində baş verir. Yakutiyada bu günə qədər 1,1 milyon, Krasnoyarski diyarında 1 milyon, İrkutsk ətrafında isə 700 min hektar meşəlik yanıb.

Sibirdə yanan meşələrin ümumi sahəsi Belçika dövlətinin sahəsi qədərdir. Meşə yanğınlarının təsiri altına Polşa boyda ərazi düşüb.

Rusiya bəyan edir ki, 38 fərqli bölgədə təxminən 800-dən çox yaşayış məntəqəsi tüstünün təsirinə məruz qalır.

Hazırda 9 mindən çox insan yanğınları söndürməyə çalışır. Buna nail olmaq üçün 2800 yanğınsöndürən və 28 təyyarədən istifadə olunur.

Bundan əlavə, Prezident Putinin təlimatı ilə Rusiya ordusuna məxsus 10 təyyarə və 10 ədəd helikopter yanğınsöndürmə prosesinə cəlb edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər