İran Fars körfəzində Ərəb ölkələrinə yanacaq daşıyan tankeri saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Saxlanılan tankerin Ərəb ölkələrinə 700 min litr yanacaq daşımaq istədiyi məlum olub.
Tankerin 7 nəfərdən ibarət heyəti həbs edilib.