Uzun müddətdir filmlərdə rol almayan türk aktrisa Məryəm Üzərli İnstaqram hesabında paylaşdığı foto ilə diqqət cəlb edib.
Teleqraf.com xəbər verir ki, tükənmişlik sindromundan əziyyət çəkərək Almaniyaya gedən məşhur aktrisanın açıq-saçıq fotosu yüz minlərlə izləyicisi tərəfindən bəyənilib.
Tez-tez qızı ilə fotolarını sosial şəbəkədə paylaşan Məryəm bu dəfə öz evindən alt paltarında çəkilən fotosunu paylaşıb.