ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman istefaya hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə diplomat özü məlumat verib. Hantsman Yuta qubernatoru seçkilərində iştirak etmək üçün vətəninə qayıtmağa hazırlaşır. Səfir artıq istefa ərizəsini ABŞ prezidenti Donald Trampa təqdim edib.
Hantsmanın postundan oktyabrın 3-də gedəcəyi ehtimal olunur.