ABŞ və Kanada Rusiya ilə birgə bu il Alyaskada keçiriləcək hərbi hava təlimlərini təxirə salıb.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə cümə axşamı Birləşmiş Komandanlığın nümayəndəsi Çarlz Marş bildirib.
Marş deyib ki, təlimlərin ləğvi barədə qərarı Ukraynadakı vəziyyətlə bağlı ABŞ müdafiə nazirliyi və Kanadanın baş naziri birgə razılaşdırıblar.
Xatırladaq ki, ABŞ, Kanada və Rusiya arasında birgə təlimlər 2007-ci ildən etibarən hər il keçirilir. Bu ilki təlimlərdə Yaponiyanın özünümüdafiə qüvvələri də iştirak etməli idi.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.