Türkiyənin Rizə şəhərində Qurban bayramı üçün kəsilməyə hazırlanan öküz qəfildən sahibinin əlindən qaçıb.
Teleqraf.com-un məlumatına görə, qarşısına çıxan hər kəsə hücum edən öküzü tutmaq mümkün olmayıb. İşə Rizə bələdiyyəsinin veterenar qrupu qarışandan sonra öküz sakitləşdirici iynə ilə zərərsizləşdirilib.
Hadisə zamanı 2 jurnalistin də yaralandığı bildirilir.