“Məhəmməd Əmin Rəsulzadə” gəmisini vuran “Doric Warrior” gəmisi barəsində İstanbul prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Palmali” şirkətlər qrupunun prezidenti, iş adamı Mübariz Mənsimov məlumat verib.
İş adamı qeyd edib ki, gəmi barəsində isə həbs qətimkan tədbiri seçilib:
“Əminəm ki, dünənki hadisədən sevinən bəzi adamların nurdan məhrum üzləri daha da qaralacaq. Şaddıqlarından çürük və dayaz fantaziyalarını işə salıb gah yazıblar ki, gəmi yüklüdür, gah da yazıblar ki, gəmi köhnədir.
Gülürəm bu yazdıqlarınıza, bunların toqquşma ilə nə əlaqəsi var? “Gəmi köhnədir” yazırsız. Mən yoruldum deməkdən ki, gəmi tanker idi və bütün yeni və müasir standartlarla quru yük gəmisinə konversiya edilib. Yəni, “Rəsulzadə” gəmisi o qədər yenidir ki, hətta bəzilərindən daha uzun ömür sürəcək”.
Əlavə edək ki, Türkiyədə AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadə adına istifadəyə verilmiş gəminin batması haqda məlumat yayılıb.