ABŞ dövlət katibi Con Kerrinin Ankaraya rəsmi səfəri başlayıb.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, Kerrinin təyyarəsi Ankara hava limanında yerə enib.
Onun Türkiyəyə Ankarada “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı ABŞ prezidenti Barak Obamanın təklif etdiyi koalisiyaya dəstək toplamaq üçün gəldiyi bildirilir.
Kerrini Ankara Hava Limanında icra nümayəndəsi Hayrettin Balcıoğlu, Xarici İşlər Nazirliyi və ABŞ Səfirliyinin rəsmiləri qarşılayıb.
ABŞ dövlət katibinin Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təkbətək görüşləri gözlənilir.
Con Kerrinin sabah Türkiyədən Misirə gedəcəyi bildirilir.
Türkiyənin koalisiyaya qatılmaması ilə bağlı 4 səbəb göstərilib. Bunlar aşağıdakılardır.
1: İŞİD-in əlində olan 46 türk vətəndaşının təhlükəsizliyini,
2: Türkiyənin Suriya ilə sərhəddə yerləşməsi
3: Göndəriləcək silahların PKK-nın əlinə keçmə ehtimalı
4: Əməliyyatlardan sonra Suriya tərəfindən gələ biləcək təhlükə
ABŞ quru əməliyyatları keçirəcəyi təqdirdə Türkiyə ərazisindən istifadə etmək niyyətindədir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.