İŞİD terror təşkilatı şənbə günü Kabildə toyda baş vermiş partlayışı öz üzərinə götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, ötən gün Kabildə toy məclisində partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 63 nəfər həlak olub, 180 nəfər müxtəlif xəsarətlər alıb.
Əfqanıstan prezidenti Əşrəf Qəni hadisəni pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.