18 Avqust 2019 20:14
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyada Katolik kilsəsi əmlaklarını satışa çıxarır.

Buna səbəb ölkədə dinə inamın azalması olub.

Rəsmi məlumatlara görə, 10 il əvvəl ölkədə özünü katolik olaraq görənlərin sayı 85 faiz idisə, indi bu rəqəm 75-ə düşüb.

Bu səbəbdən Katolik kilsəsinə aid təhsil müəssisələrinə tələbat da azalır. Ölkədə minlərlə din xadimi yetişdirən Holi Kollecinin tarixi binası yaxın vaxtlarda 95 milyon avroya satılıb.

“Faynenşl Tayms” qəzeti son aylar ərzində katolik inancına aid kilsələrin 190 milyon avroluq satış həyata keçirdiyini yazıb.

Ekspertlərin fikrincə, bu hal digər dini qrupları da öz əmlaklarını satmağa məcbur edə bilər.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər