19 Avqust 2019 12:45
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tərəflər arasında bir sıra məsələlərdə fikir ayrılığı səbəbindən ABŞ-Almaniya münasibətləri ən aşağı səviyyəyə enib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Der Spiegel” qəzeti yazıb.

Nəşr qeyd edir ki, bu cür dinamikanın səbəbi Riçard Qrenellin - Amerikanın Berlindəki səfirinin dəyişməsi olub.

Məlumatda qeyd olunur ki, indi hər iki tərəf sükuta dalmağı üstün tutur, Almaniyanın Kansleri Angela Merkel və xarici işlər nazi Hayko Maas kimi tanınmış siyasətçilər diplomatla ünsiyyətdən qaçır.

Berlin və Vaşinqton arasında İranla bağlı məsələdə fikir ayrılıqları müşahidə olunur. Bundan əlavə, ölkələr arasında cərimələrin artmasına səbəb ola biləcək ticarət qarşıdurması da mövcuddur.

Bu vəziyyət artıq səfir Qrenell Amerika qoşunlarının ölkədən çıxarılması ilə Almaniyanı təhdid etməyə başlayıb.

Nəşr almanların ABŞ-a görünməmiş mənfi münasibətini də vurğulayır. Bunu ölkədəki respondentlərin 85% -i ifadə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər