Özbəkistan Milli teleradio şirkətinin binasında yanğın olub.
Teleqraf.com xəbər verir ki, elektrik şəbəkəsində törəyən yanğın nəticəsində şirkətin yemək otağı, köməkçi tikililər və binanın damı 400 kvadrat metr sahədə yanıb.
Milli teleradio şirkəti ölkənin bütün regionlarını əhatə edir, analoq və rəqəmli formatda yayımı aparır, həmçinin peyk və internet üzərindən də yayımlar tətbiq edir.