21 Avqust 2019 11:09
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya Ali Məhkəməsi cinsi təcavüzdə günahkar bilinən kardinal Georgi Pellin iddiasını rədd edib.

Teleqraf.com xatırladır ki, kardinal Pell bu günə qədər katolik kilsəsinin təcavüz ittihamı ilə həbs edilən ən yüksək səviyyəli nümayəndəsidir.

Ali Məhkəmənin hakim heyəti kardinalın günahsız olmasına dair şikayətini bir səsə qarşı iki səslə rədd edib.

78 yaşlı kardinalın 1990-cı illərdə Melbrun arxiyepiskopu işlədiyi dövrdə 13 yaşlı iki oğlan uşağına təcavüz etdiyi ortaya çıxıb. Bu səbəbdən Pell bu ilin mart ayında 6 il həbs cəzasına məhkum olunub.

Bir zamanlar Vatikanın 3-cü adamı olan kardinal Pell verilən cəzanın ədalətli olmadığını, təcavüzə dair yetərli dəlillərin ortaya çıxmadığını iddia edir.

Kardinalın ən tez halda 2022-ci ildə azadlığa çıxacağı ehtimal olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər