23 Avqust 2019 15:40
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə zəng edərək Suriya mövzusunda müzakirə aparıb.

Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğanın Putinlə telefon müzakirəsi Suriyada Türkiyənin müşahidə postunun Bəşər Əsədə bağlı qüvvələr tərəfindən mühasirəyə alması haqda xəbərlərin ortaya çıxmasından sonra baş tutub.

Xatırladaq ki, Suriya dövlət televiziyası Türkiyənin Suriyanın Morik qəsəbəsindəki 9 nömrəli müşahidə postunu mühasirəyə alması haqda xəbər yayıb.

Ərdoğan Rusiyalı həmkarına İdlibə hücumların problemin həllinə cəhdlərə zərər vurduğunu, Türkiyənin milli təhlükəsizliyi baxımından çox ciddi bir təhdidə səbəb olduğunu ifadə edib. Ərdoğan əlavə edib ki, İdlibə hücumlar və atəşkəsin pozulması böyük humanitar böhrana yol açacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər