26 Avqust 2019 10:35
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada keçirilən G7 sammitinin ikinci günündə sürpriz hadisələr yaşanıb.

Teleqraf.com xəbər verir ki, Fransa Prezidenti Makron Vaşinqton və Tehran arasında vasitəçilik etmək məqsədilə İranın xarici işlər naziri Cavad Zərifi Parisə dəvət edib.

İranın xarici işlər naziri Zərif G7-nin toplantısının keçirildiyi Biarritz şəhərinə gəlib. Sammitin ikinci günündə ABŞ Prezidenti Donald Tramp Cavad Zərif ilə görüş təklifini rədd edib.

Qeyd edək ki, Makron Suriya, İraq, Liviya kimi problemlərin həlli üçün bir sıra Afrika dövlət başçılarını “Afrika ilə G7 həmrəyliyi” adlı toplantı bəhanəsi ilə Fransaya dəvət edib.

Hazırda Misir, Cənubi Afrika Respublikası, Seneqal, Ruanda və digər Afrika ölkə liderləri Fransada səfərdədir.


Müəllif: Cavad

Oxşar xəbərlər