Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) FETÖ-nün Türk Silahlı Qüvvələrində məxfi təşkilatlanmasında ciddi fəaliyyəti olan Rəşad Nəzmi Oral adlı şəxsi həbs edib.
Teleqraf.com xəbər verir ki, həbs edilən FETÖ-çü 15 iyul dövlət çevrilişi zamanı təsirli rol oynayan şəxslərdən biri olub.
Onun hansı şəraitdə saxlanılması bəlli deyil.
Türkiyənin TRT kanalı Rəşad Nəzmi Oralın həbsini təsdiqləyib.