Səudiyyə Ərəbistanı sakini olan zəngin ata övladının doğum günündə ona sürpriz etmək məqsədilə təyyarə almaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan, amma Səudiyyədə enerji şirkətlərindən birinin sahibi olan ata ingilis dilini mükəmməl bilmədiyi üçün səhvən iki təyyarə sifariş edib.
Dünyanın ən böyük hava şirklətlərindən biri olan “Airbus”la əlaqəyə girən ata ingilis dilində səhvən bir kiçik motorlu təyyarə əvəzinə iki A350-1000S model təyyarə sifariş edib.
Təyyarənin 365 milyon dollara başa gələcəyini eşidən iş adamı bildirib ki, qiymət bir az baha olsa da, ona məntiqli gəlib.
Sonradan səhvən bir təyyarə əvəzinə iki təyyarə sifariş etdiyini anlayan biznesmen bildirib ki, təyyarələrdən birini oğluna, digərini isə qohumuna hədiyyə etməyi düşünür.