29 Avqust 2019 13:00
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaponiyanı ABŞ-ın Hörmüz boğazında qurmaq istədiyi koalisiyaya qatılmamağa çağırırıq”.

Teleqraf.com xəbər verir ki, Yaponiyada səfərdə olan İran xarici işlər naziri Cavad Zərif bu ölkənin baş naziri Abe Şinzo ilə görüşündə belə deyib.

Cavad Zərif eyni zamanda ABŞ-ın sanksiyaları səbəbindən təxirə salınan Yaponiyaya neft ixracatına dair fikir mübadiləsi aparıb.

Xatırladaq ki, ABŞ may və iyun aylarında Bəsrə körfəzi və ətrafında neft tankerlərinə hücuma görə İranı ittiham edib və körfəzdə təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq koalisiya yaradacağını elan edib.


Müəllif: Cavad