29 Avqust 2019 18:39
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya həkimləri əməliyyat zamanı qadının yumurtalığından 25 kiloqram ağırlığında şiş çıxarıb.

Teleqraf.com xəbər verir ki, Moskvada Şəhər Klinik Xəstəxanasında 59 yaşlı qadının yumurtalığından şiş çıxarıldıqdan sonra xəstəxananın baş həkimi Dmitri Aryutin rəqs edib.

Xəstə qarın ağrısı və nəfəs almada problemlər səbəbindən xəstəxanaya gətirilib. Müayinə zamanı onun yumurtalığında şiş olduğu aşkar edilib. Təcili əməliyyat otağına aparılan qadından çıxarılan şişin xoş xassəli olduğu müəyyən edilib. Əməliyyatdan sonra qadın özünü yaxşı hiss edib və hazırda müalicəsi davam edir.

Xəstəxananın açıqlamasında isə bildirilir ki, bu, ilk hadisə deyil və bənzər hallarla rastlaşmaq mümkündür.

Qeyd edək ki, 2018-ci ilin mayında ABŞ-da 38 yaşlı qadının yumurtalığından 60 kiloqram şiş çıxarılmış və bu əməliyyatda 20 həkim iştirak etmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər