29 Avqust 2019 21:38
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın yeni Baş Nazirinin adı müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Ali Radanın yeni tərkibdə keçirilən ilk iclasında Aleksey Qonçaruk ölkənin Baş naziri vəzifəsinə seçilib.

O, bu vəzifəyə yeganə namizəd olub.

Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquq üzrə fəlsəfə doktorudur. O, hazırda Ukrayna Prezidentinin aparat rəhbərinin müavini vəzifəsini tutur və iqtisadi islahatların həyata keçirilməsinə nəzarət edir.

Aleksey Qonçarukun namizədliyini prezident Vladimir Zelenski irəli sürmüşdü.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər