Almaniyanın Bremen əyalətində Sosial Demokrat Partiyasının (SDP) qrup rəhbərliyinə Mustafa Güngör adlı türkün seçilməsi təşkilatda çalxalanma yaradıb.
Teleqraf.com xəbər verir ki, partiyanın 4 üzvünün istefasından sonra 1988-ci ildən SDP üzvü olan keçmiş əyalət millət vəkili Ulrik Hovelman da eyni addımı atıb.
Partiyanın istefa verən 5 üzvü Mustafa Güngörün AKP və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana rəğbətini əsas gətirərək bu addımı atıb.
Mustafa Güngör rəhbərliyə gəldikdən sonra alman mediası onu Türkiyə əleyhinə açıqlamalar vermədiyinə görə qınayır.