7 Sentyabr 2019 15:04
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda “xalq düşmən”i kimi bir anlayış yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev söyləyib:

“Mövcud dövlət ideologiyasında “xalq düşmənləri”, “beşinci kolon”, “təsir agentləri” kimi anlayışlar yoxdur. Ümid edirəm ki, olmayacaq. Bu bizim üçün qəbuledilməzdir. Biz vətəndaşlarımızın sədaqətinə və vətənpərvərliyinə qəti şəkildə inanırıq”.

Tokayev İctimai İnam Milli Şurasının ilk iclasında sözünə belə davam edib:

“Milli tariximizdə demokratiyanın əsas prinsiplərinə sadiq qalaraq müxtəlif sivilizasiya tələlərini və kəsişmələri uğurla aşdıq. Buna görə də ilk növbədə dövlətçiliyimizin möhkəmləndirilməsi missiyasını unutmamaqla rasional mövqelərdə qalmalıyıq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər