8 Sentyabr 2019 01:42
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Duzun orta dərəcədə istifadəsi insanın ürək-damar sisteminə bir az mənfi təsir göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Kardiologiya Cəmiyyətinin hesabatında deyilir.

“Tədqiqatlarımızın nəticələri duz istifadəsi ilə ürək-damar xəstəlikləri və ya ölüm arasındakı əlaqəni araşdıran əksər elmi araşdırmalara tam uyğundur. Ayrıca bir az duzun zərərli olduğu da geniş yayılmış dünyagörüşünü dəstəkləmir”, – deyə Kanadadakı Makmaster Universitetinin professoru Salim Yusuf bildirib.

Onun sözlərinə görə, gündə altı qramdan çox duz sağlamlığa mənfi təsir göstərə bilər.

S.Yusif ürək-damar sisteminə faydalı təsir göstərən maddələrin yalnız meyvə və tərəvəzlərdə deyil, qoz-fındıq, süd məhsulları və qırmızı ətdə də olduğunu qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər