14 Sentyabr 2014 23:55
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ukraynanın növbədənkənar parlament seçkilərinə qatılacaq bir neçə siyasi partiyası qurultayını keçirib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, "Petr Poroşenkonun Bloku"nun qurultayında 124 nümayəndə iştirak edib. Blokun namizədləri siyahəsına Vitali Kliçko rəhbərlik edir. "Petr Poroşenkonun Bloku"ndan Olqa Boqomolets, Refat Çubarov, Mustafa Cəmilov, iş adamı Arkadi Kornatskiy, jurnalist Sergey Leşenko da seçkilərdə namizəd kimi iştirak edəcəklər.

Bundan başqa, dünən qurultay keçirən "Batkivşina", Ukrayna Xalq Cəbdəsi, "Azadlıq" bloku, eləcə də digər müxalif partiyalar parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısını açıqlayıblar.

Nihad


Müəllif:

Oxşar xəbərlər