ABŞ-ın xüsusi təyinatlılarının Suriyada “Suriya Demokratik Qüvvələri” (SDG) adlı terror təşkilatının üzvlərinə təlim görüntüləri ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığına bağlı hərbçilərin SDG-yə görüntülər tvitter hesabında paylaşılıb.
Görüntülərə bu sözlər yazılıb: “SDG-nin hərbi qrupları Suriyada 2019-cu ilin 3 avqustundakı təlimlər zamanı bir ərazini təmizlədilər. Xüsusi Qüvvələr Komandanlığı yaz təlimləri çərçivəsində kənd ərazisində hərbi əməliyyatlar mövzusunda təlimlər keçib”.
Qeyd edək ki, Türkiyə PKK-nın Suriya qolu YPG gücləri tərəfindən qurulan SDG-nı terrorçu qurum elan edib.