13 Sentyabr 2019 11:45
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran rəhbərliyi bizimlə görüşmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

Jurnalistlər Trampa son günlər İran Prezidenti Həsən Ruhani ilə bir araya gələ biləcəyi haqda fikirlər səsləndiyi barədə sual veriblər. Tramp cavabında “Sizə İranın bizimlə görüşmək istədiyini deyə bilərəm” ifadəsini işlədib.

O əlavə edib ki, Con Boltonun boşaltdığı Milli təhlükəsizlik müşaviri postuna xarici işlər naziri Pompeonu gətirmək niyyəti yoxdur: “Boltonun vəzifəsi üçün dünən 5 namizədi qiymətləndirməyə çalışdım, bu gün isə namizədlərin sayı 15-ə qalxıb. Fikrimcə, bu, elə də çətin vəzifə deyil. Çünki bütün qərarları mən qəbul edirəm”.

Prezident İsrailin son iki ildə Ağ Ev və Vaşinqtondakı mühüm qurumlara cihaz yerləşdirərək Trampı və komandasını dinlənildiyi haqda iddialara da maraqlı cavab verib: “Bu iddiaların doğru olduğuna inanmıram. Amma hər şey mümkündür”.


Müəllif: Cavad

Oxşar xəbərlər