16 Sentyabr 2019 19:25
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşündə "Brexit" vaxtının dəyişdirilməsini xahiş etmək niyyətinin olmadığını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, Conson və Yunker bu gün Lüksemburqda görüşüblər.

"Tərəflər konstruktiv görüş keçiriblər. Liderlər Brexit şərtləri barədə aparılmış danışıqları müzakirə ediblər. Baş nazir "Brexit"in sonrakı vaxta keçirilməsini xahiş etməyəcəyini təsdiqləyib və ölkəni oktyabrın 31-də Avropa İttifaqından çıxaracaq. Liderlər diskussiyaların fəallaşdırılması və elçilərin gündəlik görüşlərinin keçirilməsi barədə razılığa gəliblər", - deyə Britaniya Baş naziri dəftərxanasının rəsmi nümayəndəsi jurnalistlərə bildirib.

Hazırda "Brexit" ətrafında vəziyyət dalana dirənib: ölkə parlamenti Aİ ilə indiki formada sazişin əleyhinə çıxış edir, lakin həm də sazişsiz Brexitin qəti əleyhinədir. Aİ danışıqların bərpasından və sazişə yenidən baxılmasından imtina edir. Baş nazir Britaniyanın Avropa İttifaqını nəzərdə tutulan vaxtda - oktyabrın 31-də tərk etməsində inad göstərir. Conson növbədənkənar seçkilər keçirmək təklifini iki dəfə müzakirəyə çıxarıb və hər iki halda parlament təklifi qəbul etməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər