18 Sentyabr 2019 17:29
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur model Kendal Cenner tanınmış türk blogger Danla Bilicidən şikayət edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorka moda həftəsinə gedən Danla Bilic məkanların birində telefonla Kendal Cennerin fotosunu çəkib.

Bu, modelin sərt reaksiyasına səbəb olub. O, restoranın təhlükəsizlik xidmətinə müraciət edərək hamıdan telefonların yığışdırılmasını xahiş edib.

Danla Bilic hadisəni belə nəql edib: “Təhlükəsizlik personalı bütün stollara yaxınlaşaraq bir müddət telefondan istifadə etməməyi xahiş etdi..

Kendal Cennerhamıya nifrətlə və iyrənən kimi baxırdı. Mən kimsənin fotosunu çəkmədim. Sadəcə izlədim”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər