Amerika hərbi donanması Uçan Naməlum Obyektlərin (UNO) həqiqət olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi 2004-cü ildə Kaliforniya ştatında, 2015-ci ildə isə Florida ştatı hava məkanında yad cisimləri qeydə alıb.
Dünən ABŞ hərbi dəniz donanması yad cisimlərin artıq gerçək olduğunu elan edib.
Donanmanın sözçüsü Cozef Qradşer verdiyi açıqlamada UNO-ların həqiqət olmasını onun ictimaiyyətə açıqlamaq anlamına gəlmədiyini qeyd edib.
Xatırladaq ki, UNO-ların həqiqət olduğu haqda ilk dəfə 2017-ci ildə “Nyu-York Times” qəzeti gündəmə gətirmişdi.
ABŞ Prezidenti Donald Tramp aprel ayında verdiyi açıqlamada donanma pilotlarının hava məkanında gördüyü yad uçan cismlərin sayında artım olduğunu bəyan etmişdi.