19 Sentyabr 2019 14:24
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə hicaba keçərək aktyorluq sənətinini tərk edən “Arka sokaklar” serialının məşhur siması Qəmzə Özçəlik özəl brendlə işbirliyinə başlayıb.

Teleqraf.com xəbər verir ki, Qəmzə Özçəlik artıq özünün dizayn etdiyi hicabları təqdim edib.

O, geyimlərin rahat olmasına xüsusi diqqət yetirdiyini qeyd edib: “Özümün geyinə biləcəyim libaslardır. Geyimlərin çox diqqət çəkməməsinə, eləcə də sadəliyinə önəm vermişəm”.

Türkiyə mediası Qəmzə Özçəliyin dəb aləminin nümayəndələri tərəfindən rəğbətlə qarşılandığını yazıb.


Müəllif: Leyla

Oxşar xəbərlər