15 Sentyabr 2014 16:40
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsədin müşaviri Besine Şaban “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı hava zərbələrinin Suriya hökumətinin icazəsi olmadan həyata keçirilməsini ölkənin hava məkanını pozmaq kimi qiymətləndirib. O, bu halda ABŞ döyüş təyyarələrini vuracaqlarını deyib.

Teleqraf.com-un “Sözcü”yə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obamanın buna reaksiyası çox sərt olub.

İŞİD-i məhv etməkdə israrlı olan Obama bildirib ki, əgər Əsəd rəhbərliyi Suriya hava məkanına girən ABŞ təyyarələrini vurması üçün orduya əmr verərsə, ABŞ Suriya hava müdafiə sistemini məhv edəcək: “Bu bizim üçün İŞİD-i vurmaqdan daha asan olar".

Suriya rəhbərliyinə qarşı ilk dəfə bu qədər sərt danışan Obama ilə Əsəd arasında ciddi qarşıdurmanın baş verməsi gözlənilir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər