23 Sentyabr 2019 20:42
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Daxili İşlər Nazirliyi ABŞ üçün Kremlidə casusluq edən Oleq Smolenkovu “itkin düşmüş şəxs” kimi axtarışa verib.

Teleqraf.com xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi bununla bağlı yaydığı açıqlamada Smolenkovun kimin müraciətindən sonra axtarışa verildiyini gizli saxlayıb.

Qeyd edək ki, ABŞ-ın CNN telekanalı kəşfiyyat mənbələrinə əsasən bildirib ki, ABŞ-da kəşfiyyat məlumatlarının qüsurlu istifadə edilməsi səbəbindən Mərkəzi Kəşfiyyat İdarəsi 2017-ci ildə Kremlidəki agentinin fəaliyyətini dayandırıb.

İddia edilir ki, Mərkəzi Kəşfiyyat Xidməti bu qərarı ABŞ Prezidenti Trampın 2017-ci ilin mayında Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla görüşü zamanı Suriyada İŞİD-in fəaliyyəti haqqında İsraildən alınan kəşfiyyat məlumatlarını paylaşdıqdan sonra qəbul edib.

Kremlin sözçüsü Peskov isə mətbuata açıqlamasında bildirmişdi ki, Kremlidə Oleq Smolenkov adlı əməkdaş olub və işdən qovulub: “Ancaq onun casus olub-olmadığını bilmirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər