23 Sentyabr 2019 17:24
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail parlamentində ərəb deputatları birləşdirən Ortaq Siyahı Bloku seçkilərdən birinci çıxan sabiq baş qərargah rəisi Benni Qantzin Mavi-Ağ İttifaqına dəstək verəcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, ötən həftə İsrail Knesset seçkilərində 3-cü yeri tutan və 13 deputat mandatı qazanan Ortaq Siyahı Fraksiyası Binyamin Netanyahunun bir daha baş nazir olmasına maneə məqsədilə belə qərar verdyini bildirir.

Ancaq ərəb deputatların bu dəstəyinə baxmayaraq Benni Qantz hökumət qurmaq üçün tələb edilən 61 deputat dəstəyi çatmır. Ərəb deputatların bu həmləsi sadəcə Mavi-Ağ İttifaqın koalisiya danışıqlarında əlini gücləndirir.

Ortaq Siyahı Blokunun nümayəndəsi Eymen Avde bildirib ki, onlar Benni Qantzi və onun siyasətini dəstəkləmirlər, sadəcə Netanyahunun hökumət başçısı olmasını əngəlləmək, fələstinlilərin tam və bərabət olduğunu önə çəkərək belə mesaj verirlər.

Xatırladaq ki, 1992-ci ildən bu yana ilkd dəfədir ərəblərdən ibarət olan siyasi qrup İsraildə baş nazirə dəstək açıqlaması verir.


Müəllif: Cavad

Oxşar xəbərlər