25 Sentyabr 2019 11:46
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının açılış mərasimində çıxış edərək bir sıra dövlətlərlə bağlı mövqeyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, prezident əsasən İran, Çin və İsrail haqqında danışıb.

ABŞ prezidenti bəyan edib ki, İran dünyada terrora sponsorluq edən ən böyük dövlətdir: “İranın nüvə silahı əldə etmək məqsədilə fəaliyyətinə görə biz nüvə razılaşmasından çıxdıq. Əvəzində İrana ağır iqtisadi sanksiyalar tətbiq etdik. Rejim təxribatçı tədbirlərini artırmağa başladı. Səudiyyə Ərəbistanına hücumdan sonra dünyadakı bütün ölkələr hərəkətə keçmək vəzifəsinə sahibdir. Heç bir məsuliyyət daşıyan ölkə İranın qana susamağını dəstəkləməməlidir. İran bu vür davrandıqca sanksiyalar azalmayacaq, əksinə daha da genişlənəcək”.

Çin haqqında danışan Tranmp bildirib ki, ABŞ ədalətli ticarət istəyir: “Çin söz verdiyi islahatları yerinə yetirmədi. Ticarət sirlərinin oğurlanması ilə ağlagəlməz işlər gördülər. Çin bəzi ABŞ şirkətlərinin dizaynını oğurladı.

ABŞ Çinin Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə 60 min fabrikini itirdi. Biz Çinlə münasibətləri qanuni çərçivəyə salmaqda qərarlıyıq. Honkonqda baş verən hadisələri də yaxından izləyirik”.

Donald Tramp İsrail haqqında danışarkən “Yaxın Şərqdə ölkələrin radikallarla savaşması və İsraillə qonşuları arasında əlaqələrin normallaşması məsələsində getdikcə artan bir anlayış var” fikirlərini işlədib.

BMT tribunasından sülh mesajı verən ABŞ lideri bildirib ki, onun təmsil etdiyi dövlət heç zaman daimi düşmənliyə inanmaz: “Bu üzdən də Şimali Koreya ilə təmas saxladıq. ABŞ-ın məqsədi sülhün əldə edilməsidir. Başa çatmayan müharibənin bir parçası olmaq istəmirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər