Rusiya sərhədçiləri Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus üç gəmini saxlayıb.
Teleqraf.com xəbər verir ki, rəsmi Moskva Rusiya iqtisadi bölgəsinə daxil olan və 362 ekipaj üzvünü daşıyan üç Şimali Koreya gəmisini ələ keçirdiyini açıqlayıb.
Xatırladaq ki, sentyabrın 17-də Rusiya KXDR-a məxsus iki gəminin və 11 motorlu qayığın heyət üzvləri olan ümumilikdə 160 nəfəri saxladığı barədə məlumat yaymışdı.
Hadisənin səbəblərinin araşdırılması üçün KXDR-in Rusiyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılmışdı.