16 Sentyabr 2014 09:41
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir: "Bu, sancılı boşanma olacaq"

İngiltərənin baş naziri David Kameron Şotlandiyada keçiriləəck qurultayöncəsi xalqa müraciət edərək bu ölkənin müstəqilliyə "yox" demələrini istəyib.


O, "biz bir ailəyik, bu ailəni parçalamayın" deyib.


Sentyabrın 18-də "Şotlandiya müstəqil ölkə olsunmu" sualı ilə referendum keçiriləcək. Əgər seçicilərin böyük əksəriyyəti "hə" desə, London və Edinburg rəsmiləri müzakirə apardıqdan sonra 24 Mart 2016-cı ildə Şotlandiyanın Birləşmiş Krallıqdan rəsmən ayrıldığı elan ediləcək.


Referenduma üç gün qalmış Şotlandiyanın Aberdeen şəhərində "Birlikdə daha yaxşıyıq" kampanyası çərçivəsində son çıxışını edən Kameron bildirib ki, referendum Birləşmiş Krallığı tamamilə dəyişə bilər. Üstəlik bu, krallığımızın sona ola bilər. Qurultay ailəmizi parçalaya bilər. Buna imkan verməməliyik".


Kameron deyib ki, əgər Şotlandiya müstəqilliyə "hə" deyərsə, Birləşmiş Krallıqdan ayrılacaq və sonsuza qədər ayrı yolumuzla gedəcəyik. Səs verənlər özləri üçün deyil, uşaqları, nəvələri, sonrakı nəsillər üçün səs verəcəklər.

Birləşmiş Krallıq Şotlandiyanın ayrılmasından üzüləcək. Ayrılıq qərarı verilsə, biz bütün törənlərimizi ayrılıqda qeyd edəcəyik, olimpiadalarda ayrı-ayrılıqda iştirak edəcəyik. Həmçinin şotlandiyalılar Britaniyanın əməkliləri olmayacaq, pasportları dəyişəcək. Biz bu evi birlikdə inşa etdik. Biz Şotlandiyanın böyüklüyü ilə Böyük Britaniya olduq. Bu bizim ölkəmiz. Bizi gerçəkdən böyük edən nədir, bilirsiniz? Bu, iqtisadi və hərbi gücümüz deyil. Bizi güclü edən Britaniya dəyərləridir. İnsanların nədən müstəqil olmaq istədiklərini başa düşürəm, fəqət bunun mənfi tərəfləri də ola bilər. Biz eyni valyutanı paylaşmayacağıq. Yüzillər boyunca birlikdə qurduğumuz ordumuz ayrılacaq. Aramızdakı sərhədlər dövlətlərarası sərhəd olacaq və asanlıqla keçilməyəcək. Müstəqilliyiniz "sancılı boşanma" olacaq".

Kameron çıxışında heç bir ölkənin mükəmməl olmadığını, Britaniyanın insan haqları sahəsində boşluqları aradan qaldıracağını deyib: "Əgər Birləşmiş Krallığın tərkibində qalmaq istəsəniz Şotlandiya Parlamentinin səlahiyyətlərini artıracağıq, vergi və s. sahələrdə imtiyazlarınız çoxalacaq. Biz sizin qalmağınızı istəyirik. Beynimizlə, qəlbimizlə, ruhumuzla sizin qalmağınızı istəyirik. Əgər məni sevmirsinizsə, mən burada sonsuza qədər qalmayacam, hökuməti sevmirsinizsə, hökumət də sonsuza qədər qalmayacaq. Bəli, dəyişməyə ehtiyacımız var, bunu həyata keçirəcəyik".


Şotlandiya muxtariyyətinin baş naziri Alex Salmond isə jurnalistlərə açıqlamasında bildirib ki, Kameron referenduma təzyiqlər edir: "Kameron ötən həftə işadamları ilə görüşdü. Tesco, Aldi, Lld kimi şirkətlər siyasi müzakirələrə qatılmadı. Sadəcə bir şirkət baş naziri hədə-qorxu kampaniyasına dəstək oldu.

Alex Salmond bu gün Şotlandiyada şirkət rəhbərlərilə gizli görüş keçirib.


Keçirilən sorğular göstərir ki, Şotlandiya əhalisinin böyük kəsimi "ayrılmağa yox" deyir. Rəyi öyrənilənlərin 47 faizi "hə", 53 faizi isə "yox" deyib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər