16 Sentyabr 2014 19:10
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyada olduğu kimi Türkiyədə də satışa çıxarılacaq əlcək şəklində olan və Mouse Flying Fingers adlanan “mouse” özünün əvvəlki xələfini arxiv göndərir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu “mouse” sayəsində artıq əlin sabit formada hərəkət etdirilə biləcək. Ələ keçirilmə texnologiyasının ən son məhsulu olan türk “mouse”-unun üzərində kiçik USB daxilolma yeri var ki, bunun vasitəsilə də kabel qoşulmadan enerji ilə təminatı mümkündür və wireless USB ilə kompyuterə bağlanır. 10 dəqiqə ərzində enerji topladıqdan sonra cihaz 8 saat dayanmadan işləmə qabiliyyətinə malikdir. Bu “mouse”-un həm də bir özəlliyi ondan ibarətdir ki, kompyuterlə 20 metr məsafədən əlaqə yarada bilir.

AZAD


Müəllif: