Türkiyənin Konya şəhərinin Karapınar rayonunda sərnişin avtobusunun yoldan çıxması nəticəsində 22 nəfər yaralanıb.
Teleqraf.com Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, İzmirdən 35 sərnişinlə yola çıxan avtobus Konya-Karapınar avtomobil yolunun 70-ci kilometrində qəza törədib. Hadisənin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi məlum olub. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.