2 Noyabr 2019 18:15
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ İranla imzalanmış nüvə müqaviləsinə qayıtmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir ABŞ-ın İranın tikinti sektoruna tətbiq etdiyi sanksiyalara reaksiya verib: “ABŞ iranlı qadınlar, uşaqlar və kişilərə sanksiya tətbiq edir. Amma biz diz çökməyəcəyik”.

Zərif qeyd edib ki, ABŞ İrana sanksiya tətbiq etmək yerinə, nüvə müqaviləsinə geri qayıtmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər